Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yanvar-noyabr aylarında İstanbul limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

    19 Dekabr 2023 16:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yanvar-noyabr aylarında İstanbul limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İstanbul limanı 1 milyon 65 min 791 ton yük qəbul edib.

    Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 min 839 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 62 min 952 ton yük daşınıb.

    “2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İstanbul limanından 24 min 910 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

    Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyə limanları 29 milyon 7 min 840 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 421 min 748 ton təşkil edib.

    Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 26 milyon 586 min 92 ton olub.

    Bununla yanaşı, 2023-cü ilin noyabr ayında Türkiyə limanlarından 4 milyon 499 min 80 ton transit yük daşınıb.

    2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 355 milyon 321 min 803 ton yük qəbul edib.

    “2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 473 min 938 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 328 milyon 847 min 865 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 61 milyon 495 min 202 ton transit yük daşınıb.

    Qeyd edək ki ,bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 398 olub.

    2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub”, - deyə nazirlikdən bildirilib.

    Aytac Süleymanova

    Twitter: a_alieva_

    Yanvar-noyabr aylarında İstanbul limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)
    #Özəl #Türkiyə limanları #İstanbul limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 18:00

    İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 16:08

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    Antalya limanında "yük" partlayışı - 2 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 14:00

    Ambarlı limanında "yük" partlayışı - 17 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 12:00

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    27 İyul 2026 13:00

    Türkiyə limanları iyunda 46,9 milyon ton yük qəbul edib (ÖZƏL)

    27 İyul 2026 11:00
    XƏBƏR LENTİ

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.