Haqsız rəqabət üzrə şikayətlərin əsas hissəsi kənd təsərrüfatı ilə bağlıdır.AzerVoice xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri Cəfər Babayev bildirib.
#II Azərbaycan-Türkiyə İnvestisiya Forumu
Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır. AzerVoice xəbər veriri ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə II İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.
Azərbaycan investorları Türkiyə üzərindən Afrika və Yaxın Şərq bazarlarına, eləcə də Gömrük İttifaqı çərçivəsində Avropa İttifaqının 27 ölkəsinin bazarlarına daha rahat çıxış imkanına malikdirlər.
Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycanın sənaye və logistik infrastrukturunu yaxından tanıması üçün xüsusi iqtisadi zonalara və logistik mərkəzlərə səfərlərinin təşkil edilməsi planlaşdırılır.
Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “GAMA Enerji” şirkəsi arasında Saziş imzalanıb.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə ediləcəyi Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci dövr toplantısı 22–23 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Toplantıya Türkiyə tərəfindən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cövdət Yılmaz, Azərbaycan tərəfindən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcəklər.
Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik. Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.