Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb

    25 Sentyabr 2024 14:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    20-24 sentyabr 2024-cü il tarixində Nyu-Yorkda - BMT-nin Baş Qərargahında keçirilmiş “Gələcəyin Sammiti”nin iştirakçıları olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a evsahibliyi edən Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanatla çıxış edib. Bəyanata 22 ölkədən 44 QHT nümayəndəsi imza atıb.

    AzerVoice xəbər verir ki, “Birlikdə sağlamlaşma: davamlı gələcək üçün inklüziv yollar” adlı bəyanatda deyilir:

    “COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyətlərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı 2030-Davamlı İnkişaf Gündəliyinin irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və digər öndə olan qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.

    Vətəndaş cəmiyyəti təşkilatları bu səslərin gücləndirilməsində mühüm rol oynayır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və praktik olmalıdır.

    Biz xüsusilə dünyada iqlim dəyişmələrinin təsirləri ilə mübarizə aparan, uyğunlaşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və iqlim ədaləti fəalları kimi biz müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 sədrliyinə dəstək verməyə hazırıq.

    Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim müzakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 öncəsi, zamanı və sonrasında yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.

    İndi qətiyyətli addımlar atmağın vaxtıdır və biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq ki, öhdəlikləri konkret nəticələrə çevirək. Gəlin, bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsillər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək.

    İmza:

    “Gələcəyin Sammiti”nin iştirakçıları olan bir qrup xarici QHT:

    1. Grove Harris, “Anlaşma Məbədi” – ABŞ;
    2. Prof. Husna Ahmad, “Global One 2015” – İngiltərə;
    3. Jean-Paul NGUEYA, “Dünya Gəncləri Fəaliyyətdədir” (“Jeunesse du Monde en Action”) – Fransa;
    4. Gordon Rattray, Avropa Əlillər Forumu – Belçika
    5. Phumlani Magagula, “GreenShift” Təşəbbüsü – Esvatini;
    6. Abdullah Nawab, “Davamlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsü” (“BRISD”) – Pakistan;
    7. Aytakin Asgarova, “IndiGenius Global” – ABŞ;
    8. Clare Jagunna, “Ürəkləri Qaldıran Əllər Təşəbbüsü”– Kanada;
    9. Fred Sullivan, “Man Up Campaign US, Inc.” – ABŞ;
    10. Alena Maslova, “Dobrosphera” – Qırğızıstan;
    11. Maria Jose Lubertino Beltran, “İnsan Hüquqları üzrə Vətəndaş Assosiasiyası - Ətraf Mühitin Müdafiəçiləri Şəbəkəsi” – Argentina;
    12. Stephen, “Birləşmiş Sosial Rifah Cəmiyyəti” – Pakistan;
    13. Alan Jarandilla Nuñez, “IYAFP” – Boliviya;
    14. Mahamat Abdelkerim Abbas, “Gənclər üçün Beynəlxalq Yardım”– ÇAD;
    15. Qaiser Nawab, “THE” Beynəlxalq Cəmiyyəti – Pakistan;
    16. Mohamed Abderraheman Cheikh, “Yaşıl Mavritaniya Gənclər Şəbəkəsi – “GreeM”” – Mavritaniya;
    17. Carmen Capriles, “İqlim Təsiri” (“Reacción Climática”) – Boliviya;
    18. Dr. Mohammad Shakeel Ahmed, “Davamlı İnkişaf üçün Qlobal Strateji İnstitut” (“GSISD”) – Pakistan;
    19. Hawa Sidibe, “İnsan Hüquqlarının İnkişafı və Təşviqi Assosiasiyası” – Mavritaniya;
    20. Ann. Makena Kobia, “Pan-Afrika İqlim Ədaləti Alyansı” – Keniya;
    21. Aniedi Ene Inyang, “Enemas Fondu” – Nigeriya;
    22. Michael Kakande, “Davamlı40” (“Resilient40”) – Uqanda;
    23. Aynalem Getie Gismie Lem, “Ətraf Mühit və İnkişaf Cəmiyyəti” – Efiopiya;
    24. Edith Achamukong Lum, “Dayanıqlı Barmaqlar” (“Sustainable Fingers”) – Kamerun&Niderland;
    25. Lola İbrahim, “Zorakılığa və İstismara Qarşı Qadınlar” (“WAVE Fondu”)– Nigeriya;
    26. Erick Mutua Mbeva, “GCCIAFRICA” – Keniya;
    27. Qaiser Nawab, “Pakistan İqlimi üçün Gənclər” - “COP Mənim Şəhərimdə”– Pakistan;
    28. Hassan Abdilahi, “MOAD” – Somali;
    29. Naomi Jepchumba Kurgat Endorois, “Qadınların Gücləndirilməsi Şəbəkəsi” – Keniya;
    30. Cynthia Buluebiere Bright
    Gbolekekro “Qadınların Gücləndirilməsi və İnkişafı Təşkilatı” (GWEDO) – Nigeriya;
    31. Waqas Ahmad, “İslamabad Beynəlxalq İslam Universiteti” – Pakistan;
    32. June Bartuin, “Yerli Xalqlar üçün Sülh və İqlim Ədaləti” – Keniya
    33. Andin Ntali, “Buea Universiteti” – Kamerun;
    34. Nathan Kipchumba, “Kimajani Yaşıl Afrika” – Keniya
    35. Kunlomia Kaspa Bobga, “Yaşıl Qlobus Təşkilatı” – Kamerun
    36. Jules Cesar Redombina-Ogandaga, “AGRI’PROTECT” – Qabon;
    37. Steven Dereck Chinsendenji, “Ümid Verənlər Fondu” (“Hope Givers Foundation”) – Malavi;
    38. Adan Abdi Baraka, “Mandera” – Keniya;
    39. Ndeye Fatou NDIAYE, “Karbon Qvineya” (“Carbone Guinee”) – Seneqal;
    40. Francisca Belie Elangwe, “Yaşıl və Daha Yaxşı Dünya” - Kamerun;
    41. Jackline sekento lankas, “Qadınlar və Qızların Əlillik Şəbəkəsi” – Keniya;
    42. Zoneziwoh Mbondgulo-Wondieh, “Qadınlar Dəyişikliklər Uğrunda” (Women for a Change) – Kamerun;
    43. Thulisile Maziya - “Qadınlar və Qızların Gücləndirilməsi Təşkilatı” – Esvatini;
    44. Florence Ntisai, “Yerli Qadınlar Şurası” (“Indigenous Women Council”) – Keniya.

    20-24 sentyabr, 2024, “Gələcəyin sammiti”, Nyu-York, ABŞ".

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
    #COP-29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

    4 Dekabr 2025 18:24

    Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub

    20 Avqust 2025 15:29

    Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən məmnunuq - Ceyhun Bayramov

    24 İyul 2025 14:10

    "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev

    16 Noyabr 2024 10:25

    COP29 problemlərin həlli yollarını tapmaq üçün çox vacib fürsətdir - Nasar Hayat

    16 Oktyabr 2024 11:54

    COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

    12 Oktyabr 2024 16:17

    Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir

    11 Oktyabr 2024 11:06

    Türkiyə COP-29 üçün Azərbaycana hər cür dəstəyi verəcək - Murat Kurum

    10 Oktyabr 2024 12:59

    COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevirməlidir - BMT-nin Baş katibinin müavini

    10 Oktyabr 2024 09:56

    PreCOP29 çərçivəsində müzakirələr başlayıb

    10 Oktyabr 2024 09:40

    Londonda “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

    8 Oktyabr 2024 17:47

    COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib

    8 Oktyabr 2024 13:14
    XƏBƏR LENTİ

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.