Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yunanistandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    25 Sentyabr 2024 14:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yunanistandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-avqust aylarında Yunanistandan Türk limanlarına 6 milyon 223 min 828 ton yük daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanistandan Türkiyə limanlarına 681 min 176 ton yük daşıyıb.

    “Bu ilin yanvar-avqust aylarında Yunanistandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 5 milyon 346 min 271 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Yunanistandan Türkiyəyə Yunanistan bayrağı ilə üzən gəmilərlə 196 min 381 ton yük çatdırılıb.

    2024-cü ilin yanvar-avqust aylarında Yunanistandan Türkiyə limanlarına 1 milyon 586 min ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub.

    Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.

    “Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.

     “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.

    Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 26 min 836, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 14 min 10 olub.

    #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Yunanistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38

    4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

    19 May 2026 10:15

    Adnan Menderes Hava Limanından istifadə 9 faiz artıb (ÖZƏL)

    19 May 2026 09:15

    Esenboğa Hava Limanından istifadə edən müştərilərin sayı artır - 4 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 11:00

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada yerini möhkəmləndirir - 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 10:00

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 25 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 09:15

    Tekirdağ limanında "yük" partlayışı - 653 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 17:15

    Mersin limanında "yük" partlayışı - 667 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:50

    Kocaeli limanında "yük" partlayışı - 825 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:25

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Ceyhan limanının yük qəbulu 18 milyon tonu keçib (ÖZƏL)

    13 May 2026 09:42

    Türkiyənin Ambarlı limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    12 May 2026 16:15
    XƏBƏR LENTİ

    Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

    Qəzzada ölənlərin sayı 72 min 980 nəfərə çatdı

    İsrailin zərbələrindən sonra Tehran əyalətində itki barədə məlumat yoxdur

    Tramp İsrail və İranı dərhal atəşi dayandırmağa çağırdı

    Enerji bazarlarında daha böyük qiymət artımı gözlənilir?

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    Sorğu: Amerikalıların əksəriyyəti artıq ABŞ-ı “dünyanın ən üstün ölkəsi” hesab etmir

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.