Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycanla Sloveniya arasında ticarət dövriyyəsi azalıb

    8 Mart 2025 14:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanla Sloveniya arasında ticarət dövriyyəsi azalıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ötən il Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 30,1 milyon ABŞ dolları təşkil edib.

    Bu barədə AzerVoice Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

    Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 9,7 milyon ABŞ dolları və ya 24,5% azdır.

    Hesabat dövründə Azərbaycandan Sloveniyaya 8,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 3 milyon ABŞ dolları, başqa sözlə, 27% azalma deməkdir.

    Həmçinin ötən il Azərbaycana Sloveniyadan məhsul idxalı illik müqayisədə 6,7 milyon ABŞ dolları və ya 23,5% azalaraq 21,9 milyon ABŞ dollarına bərabər olub.

    Təkcə bu ilin yanvar ayında isə Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 4,9 milyon ABŞ dolları olub.

    Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 61,9% çoxdur.

    Hesabat ayında Azərbaycandan Sloveniyaya 2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 802 min ABŞ dolları və ya 66,1% çoxdur.

    Eyni zamanda bu ilin yanvarında Azərbaycana Sloveniyaya məhsul idxalı illik müqayisədə 262 min ABŞ dolları və ya 1,1% artaraq 2,9 milyon ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

    Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

    Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

    Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

    #Sloveniya #xarici ticarət #xarici ticarət dövriyyəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    Özbəkistanın xarici ticarət dövriyyəsi açıqlandı - Ölkə ən çox nə ixrac edir?

    1 İyul 2026 14:09

    Neftin ucuzlaşması qərar qəbul etmək üçün əlavə vaxt yaradır - Avropa Mərkəzi Bankının rəsmisi

    30 İyun 2026 21:19

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    10 İyun 2026 21:51

    Sloveniya Baş Naziri Yanşa Fələstin bayrağını niyə qaldırdı?

    5 İyun 2026 20:16

    Sloveniya: İsrailin Qəzza fəallarına münasibəti şokedicidir

    20 May 2026 22:20

    Türkiyənin D-8 ölkələrinə ixracı 1 milyard dolları keçib (ÖZƏL)

    1 Aprel 2026 09:47

    Fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard dolları keçib (ÖZƏL)

    31 Mart 2026 11:30

    Yanvarda Türkiyənin Qaradəniz regionu ilə ticarətində azalma qeydə alınıb (ÖZƏL)

    1 Mart 2026 16:00

    Türkiyənin Avropa Birliyi ölkələrinə ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    1 Mart 2026 13:15

    Yanvar ayında Türkiyənin İƏT ölkələrinə ixracı 5 milyard dolları keçib (ÖZƏL)

    28 Fevral 2026 09:00
    XƏBƏR LENTİ

    12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 27 Avqust

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.