Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yanvar ayında Türkiyənin Kocaeli limanı tərəfindən qəbul edilən gəmilərin sayı açıqlanıb (ÖZƏL)

    24 Fevral 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yanvar ayında Türkiyənin Kocaeli limanı tərəfindən qəbul edilən gəmilərin sayı açıqlanıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2025-ci ilin yanvar ayında Türkiyənin Kocaeli limanı 777 gəmi qəbul edib.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 230, digər ölkələrin bayraqları altında üzən 547 gəmi qəbul edib.

    Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Türkiyə limanları 37 milyon 417 min 998 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 708 min 146 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 34 milyon 709 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar ayında Türkiyə limanlarından 5 milyon 883 min 4 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında Türkiyə limanları 33 milyon 232 min 804 ton yük qəbul edib.

    “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 368 min 676 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 30 milyon 864 min 128 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yük daşınıb.

    Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 194 min 876 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyə limanları 4 min 580 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 122, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 458 olub.

    2024-cü ilin yanvar ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Kocaeli limanı #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #Türkiyə limanlarının statistikası #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 18:00

    İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 16:08

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    Antalya limanında "yük" partlayışı - 2 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 14:00

    Ambarlı limanında "yük" partlayışı - 17 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 12:00

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    27 İyul 2026 13:00

    Türkiyə limanları iyunda 46,9 milyon ton yük qəbul edib (ÖZƏL)

    27 İyul 2026 11:00
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.