Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    İqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır - BMT-nin xüsusi məruzəçisi

    11 Noyabr 2024 10:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır - BMT-nin xüsusi məruzəçisi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır.

    AzerVoice xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində "La Ruta del Clima" Addressing loss and damage, reparations and climate debt: Human rights obligation, not a charity" ("La Ruta del Clima": İtki və zərər, təzminat və iqlim borcunun həlli: insan hüquqları öhdəliyi xeyriyyəçilik deyil) mövzusunda mətbuat konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi məruzəçisi Elisa Morgera deyib.

    "İqlim dəyişikliyi problemi ilə bütövlükdə planetimiz üzləşsə də, bundan ən çox zərər görən az inkişaf etmiş, inkişaf etməkdə olan və ya müstəmləkə şəraitində yaşayan dövlətlərdir. Bu problemi şərtləndirən bir nömrəli amil atmosferə həddindən artıq dərəcədə karbon qazı emissiyalarının buraxılmasıdır.

    Belə ki, 1990-cı illərdən ötən dövr ərzində bu həcm icazə verilən normadan dəfələrlə yüksək olub. Hesablamalarımız göstərir ki, planetimizin əhalisini iqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollar vəsaitə ehtiyac var. COP29-un əsas məqsədi də məhz bu vəsaitin təmin edilməsidir".

    Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizə bütövlükdə hər bir dövlətin vəzifəsi olmalıdır.

    "İqlim fəlakətinin qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində biz təkcə bəşəriyyəti deyil, flora və faunanı da xilas edə bilərik. İqlim dəyişikliyi ilə mübarizədə nəticə əldə etmək üçün ilk növbədə siyasi iradə lazımdır. Hesab edirəm ki, bu amil təmin olunmadan heç bir halda uğurlu nəticəyə çatmaq mümkün olmayacaq. Biz bu qlobal təhlükəyə qarşı gücümüzü birləşdirmək üçün COP formatlı tədbirləri gözləməməliyik. İqlim dəyişikliyinə diqqət çəkmək üçün təkcə dövlətlərin deyil, vətəndaş cəmiyyətinin də səylərinin artırılmasına ehtiyac var.

    Burada əsas məqsəd ilk növbədə əhalininin iqlim probleminin hansı fəsadlara səbəb olacağı barədə məlumatlandırılmasıdır. Digər tərəfdən qeyri-hökumət təşkilatları da hökumələrin diqqətini bu problemin aktuallığına yönəltməlidir. Belə olmasa, hər hansı nəticədən nail olmaq mümkün olmayacaq",- deyə əlavə edilib.

    Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

    Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Livanda ölənlərin sayı 3 637 nəfərə çatıb

    ABŞ nümayəndəsi: Tramp Livan məsələsinə görə Netanyahu ilə ciddi fikir ayrılığı yaşayıb

    Netanyahu: İranın bölgədə yeni qaydalar müəyyən etməsinə imkan verməyəcəyik

    İsrail Livanın Sur şəhərinin bir hissəsi üçün təxliyə çağırışı edib

    Qalibaf: ABŞ və İsrail etimad yaratmaq üçün real addımlar atmır

    İran Qızıl Aypara Cəmiyyəti: Hücuma məruz qalan 12 əraziyə xilasedicilər göndərilib

    Oman sahillərində tankerdə yanğın baş verib, heyət təxliyə olunub

    İsrailin son hava zərbələri nəticəsində İranda azı 15 nəfər yaralanıb

    Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib

    Pakistanın baş naziri tərəfləri təmkinli olmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.