Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir / İnanc və terminlər: Dinlərin sirri
    İnanc və terminlər: Dinlərin sirri

    Demonologiyada Aamon: tarixi mənbələr və simvolik mənalar

    21 Dekabr 2025 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Demonologiyada Aamon: tarixi mənbələr və simvolik mənalar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Aamon (Amon adı ilə də tanınır) demonologiyada Cəhənnəmin Böyük Markizi hesab olunur, 40 cəhənnəm legionuna hökm edir və Goetiya sistemində yeddinci ruhdur. O, həyat və nəsilartımı ilə əlaqələndirilən demon kimi təsvir edilir. Aamon və Amon adlarının mənşəyi ya Liviyanın Siva vahəsində sitayiş edilən bərbər (amaziq) tanrısı Amun, ya da Kartacanın punik tanrısı Baal Hammon ilə əlaqələndirilir.

    Onun təsviri olduqca simvolik və qorxuducudur. Belə ki, batin inanclarda yer alan Aamon canavar üzlü, ilan quyruqlu, ağzından alov püskürən varlıq kimi təsvir olunur.

    İnsan surətinə girdikdə isə yalnız insan bədəni olur, lakin başı bayquşu xatırladır və dimdiyində iti it dişlərinə bənzər dişlər görünür. Demonlar arasında ən güclü və qüdrətli knyazlardan biri sayılır.

    Aamon keçmişi və gələcəyi bildiyi, istədiyi zaman düşmənləri barışdırdığı, dostları uzlaşdırdığı və sevgi axtaranlara məhəbbət bəxş etdiyi ilə tanınır. Bu təsvir Jak Kollin de Plansinin məşhur “Dictionnaire Infernal” əsərində yer alır.

    Misirlilər Amonu (və ya Amounu) ali tanrı kimi qəbul etmiş, onu mavi dərili, insanabənzər formada təsvir etmişlər.

    Aamon haqqında ilk sistemli qeydlərdən biri İohan Veyerin 1583-cü ildə yazdığı “Pseudomonarchia Daemonum” əsərində yer alır. Burada Aamon belə təsvir edilir:

    “Amon və ya Aamon böyük və qüdrətli şahzadədir. Canavar surətində, ilan quyruqlu və alov püskürən halda zahir olur. İnsan formasında isə it dişləri və gecə quşuna bənzər böyük başla görünür. O, keçmişi və gələcəyi bilir, dostlarla düşmənləri barışdırır və 40 legion demon üzərində hökmranlıq edir.”

    Daha sonra S. L. MacGregor Mathers “Süleymanın Kiçik Açarı” (Goetiya) adlı əsərində Aamonu yeddinci ruh kimi təqdim edir və onun sərt, güclü və qorxulu mahiyyətini vurğulayır.

    Bu mənbəyə görə, Aamon sehrbazların əmri ilə müxtəlif formalarda zahir ola bilər və mübahisələr yarada, eləcə də onları həll edə bilir.

    The Lesser Key of Solomonun Harley əlyazmasına əsasən, Aamon sehrbazlara dənizdə boğulan insanların ruhlarını çağırmaq və onlarla danışmaq qabiliyyəti də verə bilir.

    Bəzi mənbələrdə Aamon Nahum adı ilə də çəkilir; bu ad “şövq və istək oyadan” mənasını verir.

    Aamon demonologiyada tez-tez Misir tanrısı Amun ilə qarışdırılsa da, bu iki fiqur fərqli dini və mifoloji sistemlərə aiddir.

    #demonologiya tarixi #Aamon (Amon) kimdir? Demonologiyada Cəhənnəmin Böyük Markizi #Who Is Aamon (Amon)? The Grand Marquis of Hell in Demonology #Aamon (Amon) Kimdir? Demonolojide Cehennemin Büyük Markizi #Demonoloji təsvir və xüsusiyyətlər #Goetiya sistemində Aamonun yeri #Klassik mənbələrdə Aamon (Weyer #Mathers #Plancy) #Aamon demonologiya #Demonologiyada Aamon: tarixi mənbələr və simvolik mənalar #Qadağan olunmuş demon Aamon: Keçmişi və gələcəyi bildiyi iddia edilən varlıq kimdir? #40 legionun hakimi – Aamon: qədim mənbələrdə gizlədilən qorxunc həqiqət #Misir tanrısından cəhənnəm markizinə: Aamon necə şeytana çevrildi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “The Lesser Key of Solomon” - Zimminar nədir?

    26 İyul 2026 13:00

    Türk mədəniyətindəki 54 fərz nədir?

    26 İyul 2026 11:00

    Süleymanın kiçik açarı və kral Marbas haqqında bilinməyənlər

    5 İyul 2026 15:00

    Qızılquş cildindən insan formasına: Demonologiyada elmləri öyrədən şeytanın sirri

    14 İyun 2026 19:00

    Qurani-Kərimdə adları keçən və insanlara sehr öyrətdiyinə inanılan iki mələk - Harut və Marut

    14 İyun 2026 15:00

    Göy üzünün əfsanəsi: Türk mifologiyasında Huma quşu və bəxt inancı

    31 May 2026 13:35

    Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

    24 May 2026 09:00

    İslamın mənası: Beş şərtdən bütöv həyat fəlsəfəsinə

    17 May 2026 10:53

    Çağırışdan ibadətə gedən mənəvi yol - Dua nədir?

    10 May 2026 12:45

    Düha namazı nədir?

    3 May 2026 15:42

    İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?

    26 Aprel 2026 09:18

    Abraxas nədir?

    22 Noyabr 2025 20:00
    XƏBƏR LENTİ

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.