Biznes

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 132 milyon 770 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Suriya Energetika Nazirliyinin Korporativ Əlaqələr müdiri Əhməd Süleyman bildirib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə ölkədə elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə artacaq və gündəlik elektrik verilişi 10 saata qədər yüksələcək. 14 illik müharibədən sonra yenidənqurma mərhələsinə qədəm qoyan Suriyada enerji infrastrukturunun böyük ölçüdə dağıldığını vurğulayan Süleyman, bu sahədə bərpa işlərinə ciddi səy göstərildiyini qeyd edib.

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 277 min 310 ton təbii, 3 milyon 797 min 163 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 180 min 988 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 208 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 125 min 780 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

2025-ci ilin iyun ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 316 milyon 913 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,9 faiz artaraq, 19 milyard 775 milyon 106 min dollar olub.