Biznes

2025-ci ilin iyul ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 6 milyon 839 min 201 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 4 milyon 161 min 492 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 2 milyon 677 min 709 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 46 milyon 954 min 629 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 9 milyon 953 min 816 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 37 milyon 813 min nəfər təşkil edib.

2025 -ci ilin iyununda Qırğızıstandan Türkiyəyə 18 min 937 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,65 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,33 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Qırğızıstandan Türkiyəyə 98 min 840 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,23 faiz çoxdur.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 429 milyon 891 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyard 508 milyon 570 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2025 -ci ilin iyununda Qazaxıstandan Türkiyəyə 129 min 836 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 11,30 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 2,25 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Qazaxıstandan Türkiyəyə 333 min 655 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,75 faiz azdır.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 9 milyard 704 milyon 946 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 1 milyard 584 milyon 768 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.