Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
ArabSport
Xabi Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər. "The Telegraph"ın məlumatına görə, “Real” və “Bayer”in sabiq baş məşqçisinin Pep Qvardiolanın mümkün varisləri sırasında nəzərdən keçiriləcək ən azı üç namizəddən ibarət qısa siyahıya daxil ediləcəyi gözlənilir. Kataloniyalı mütəxəssisin yayda postunu tərk edəcəyinə dair inam artsa da, “Mançester Siti”dəki mənbələr bunun belə olmadığını bildirirlər.
İtaliya A Seriyasında növbət baş məşqçi istefası gerçəkləşib. "Verona" Paolo Zanetti ilə yollarını ayırıb.
Portuqaliya mətbuatının yaydığı xəbərlərə görə, Kristiano Ronaldo transfer siyasətindən narazı qaldığı üçün Əl-Nəsrin Səudiyyə Ərəbistanı Premyer Liqasındakı növbəti oyununda iştirakdan imtina etməyi düşünür. Əvvəlcə Ronaldonun oyundan kənar qalmasının səbəbi kimi fiziki yüklənmənin idarə olunması göstərilsə də, Portuqaliyanın A Bola nəşri bu iddiaları təkzib edib. Qəzetin yazdığına görə, mümkün yoxluq “portuqaliyalı hücumçunun fiziki vəziyyəti ilə əlaqəli deyil”.
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta 30 milyon avro dəyərində razılaşma ilə “Milan”a transfer olunmağa yaxındır. Tərəflər arasında 3,5 mövsümlük müqavilə üzrə şəxsi şərtlər artıq razılaşdırılıb.
İspaniya La Liqasının 22-ci həftəsində "Real Madrid" evdə "Rayo Valyekano"nu 2:1 hesabı ilə yenib. Santyaqo Bernabeu stadionunda keçirilən matçda "ağ-bənövşəyi"lilərə qələbəni gətirən qolları 15-ci dəqiqədə Vinisius Junior və 90+10-cu dəqiqədə penaltidən Kilian Mbappe vurub.
Avstraliyalı qarışıq döyüşçü Aleksandr Volkanovski Sidneydə keçirilən "UFC 325" turnirinin əsas döyüşündə braziliyalı Dieqo Lopezi məğlub etdi. Beş raundun nəticələrinə əsasən yekdil qərarla Volkanovski qələbə qazandı.
BAKI, AzerVoice Mussa Diabi mövsümün sonunadək “Əl-İttihad”da qalacaq.
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
"Eyüpspor" "Fənərbaxça"dan icarəyə götürdüyü Emir Ortakayanı göndərib. Məlumata görə, İstanbul nəhəngi türkiyəli müdafiəçini başqa kluba icarəyə verib. Emir mövsümün ikinci yarısında "Rizespor"un formasını geyinəcək.
ABŞ-nin Prezidenti Donald Tramp bu ilin yay aylarında Ağ Evdə təşkil olunacaq Mütləq Döyüşçü Çempionatının (UFC) hazırlıqları ilə bağlı bəzi təfərrüatları açıqlayıb. “Biz həqiqətən inanılmaz bir tədbir təşkil etməyi planlaşdırırıq. Bu, ABŞ-nin 250 illiyi ilə bağlı olacaq. Bildiyiniz kimi, UFC Ağ Evə gəlir. Onlar sözün əsl mənasında stadion inşa edirlər. 100 mindən çox tamaşaçımız olacaq”, – deyə Tramp bildirib.
Fənərbaxça Klubunun borcu rəsmi olaraq açıqlanıb. Klubun qısa müddətli öhdəlikləri 18 milyard 398 milyon lirə, uzun müddətli öhdəlikləri isə 9 milyard 237 milyon lirə təşkil edir. Beləliklə, Fənərbaxçanın toplam borcu 27 milyard 635 milyon lirə (636 milyon dollar) səviyyəsindədir.