Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Fənərbaxça Benfikaya qarşı

    27 Avqust 2025 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fənərbaxça Benfikaya qarşı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Portuqaliyanın Benfika komandası ilə səfərdə qarşılaşacaq. İstanbulda, Kadıköy stadionunda oynanan ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu oyunun qalibi turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.

    AzerVoice xəbər verir ki, Estadio da Luz stadionunda keçiriləcək qarşılaşma avqustun 28-də, saat 23:00-da başlayacaq. Oyun TRT 1 kanalında canlı yayımlanacaq. Matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona köməkçilər olaraq Tomaz Klancnik və Andaz Kovaçiç təyin olunub. Qeyd edək ki, Vinçiç ötən mövsüm Trendyol Super Liqasında keçirilən Qalatasaray–Fənərbağça derbisini də idarə etmişdi.

    Bu, Fənərbağçanın UEFA Çempionlar Liqasında qrup mərhələsinə yüksəlmək üçün son şansıdır. Əgər İstanbul təmsilçisi Portuqaliyadan qalibiyyətlə dönərsə, 16 il sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə yüksəlmiş olacaq. Fənərbağça son dəfə 2008–2009 mövsümündə Çempionlar Liqasının qruplarında iştirak etmişdi.

    İki komanda daha əvvəl 7 dəfə rəsmi matçlarda qarşılaşıb. Bu qarşılaşmalarda Benfika 3, Fənərbağça isə 2 dəfə qalib gəlib, 2 oyun heç-heçə nəticələnib. Komandalar sonuncu dəfə 2018–2019 mövsümündə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşıb. Benfika evdə 1:0 hesabı ilə qalib gəlmiş, İstanbulda isə 1:1 bərabərliklə mərhələni adlamışdı.

    Tərəflər bu mövsümün əvvəlində keçirilən Esuebio Kuboku çərçivəsində yoldaşlıq matçında da üz-üzə gəlib. Benfika həmin oyunu 3:2 hesabı ilə qazanıb.

    Fənərbağça bu vacib qarşılaşmaya yalnız bir futbolçu itkisi ilə çıxacaq. Komandanın hücumçusu Cenk Tosun zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə ilk oyunda olduğu kimi Cengiz Ünder UEFA-ya təqdim olunan heyətə daxil edilib.

    Komandanın UEFA-ya verdiyi siyahıda Dieqo Karlos, Mert Hakan Yandaş və Rodriqo Beko yer almayıb.

    #UEFA #Portuqaliya #Fənərbağça #Sloveniya #Trendyol Superliqası #Benfika #UEFA Avropa Liqası #UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi #UEFA Çempionlar Liqası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    25 Avqust 2026 23:32

    “Fənərbağça” Lukakunu heyətinə qatır

    11 Avqust 2026 14:09

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    Qətərli hakim FİFA Dünya Çempionatının final matçına təyin edildi

    14 İyul 2026 11:48

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59

    Ange Postekoglou "Ən-Nəsr"in baş məşqçisi təyin olunub

    3 İyul 2026 21:55

    Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək

    2 İyul 2026 14:41

    Neftin ucuzlaşması qərar qəbul etmək üçün əlavə vaxt yaradır - Avropa Mərkəzi Bankının rəsmisi

    30 İyun 2026 21:19

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    9 İyun 2026 06:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.