Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Lukas Vaskez Leverkuzenlə anlaşıb

    26 Avqust 2025 17:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Lukas Vaskez Leverkuzenlə anlaşıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İspaniya nəhəngi Real Madridin futbolçusu Lukas Vaskez karyerasını Almaniyada davam etdirəcək.

    AzerVoice xəbər verir ki, təcrübəli futbolçu Bundesliqanın iddialı klublarından “Bayer Leverkuzen” ilə razılıq əldə edib.

    Məlumatı transfer xəbərləri ilə tanınan dünyaca məşhur jurnalist Fabrizio Romano öz sosial şəbəkə hesabında təsdiqləyib. Onun sözlərinə görə, tərəflər bütün şərtlər üzrə razılaşıb və yaxın günlərdə rəsmi açıqlama gözlənilir.

    33 yaşlı ispan futbolçu Real Madridin yetirməsidir və uzun illər kral klubunun əsas və ehtiyat heyətində çıxış edib. O, komanda ilə üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, La Liqa və digər turnirlərdə də mühüm uğurlar qazanıb.

    Müdafiənin sağ cinahında və hücum xəttində universal oyunçu kimi tanınan Vaskez son mövsümlərdə daha çox ehtiyatdan meydana daxil olurdu. Bu səbəbdən futbolçu daha çox oynamaq imkanı tapacağı yeni komandaya keçmək qərarı verib.

    Xabi Alonso ilə böyük uğurlar qazanan Bayer Leverkuzen Çempionlar Liqasında uğurla çıxış etməyi hədəfləyir. Klub rəhbərliyi Vaskezin təcrübəsini və çoxşaxəli oyun üslubunu komandanın güclənməsi baxımından vacib hesab edir.

    #UEFA #Real Madrid #Bayer Leverkusen #İspaniya La Liqası #Bundesliqa #Xabi Alonso #Lukas Vaskes #UEFA Çempionlar Liqası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    25 Avqust 2026 23:32

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    Qətərli hakim FİFA Dünya Çempionatının final matçına təyin edildi

    14 İyul 2026 11:48

    Tarixdə bu gün - 30 İyun

    30 İyun 2026 00:01

    Bernardo Silvanın yeni klubu bəlli oldu

    12 İyun 2026 16:33

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    9 İyun 2026 06:00

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    3 İyun 2026 11:57

    Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

    31 May 2026 22:39

    Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir

    30 May 2026 09:46

    Vinisus Realdan gedir?

    27 May 2026 13:32
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.