Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar / Ərəb müğənniləri
    Ərəb müğənniləri

    Ərəb dünyasının milli kimlik simvolu Ümmü Gülsüm kimdir?

    3 Fevral 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərəb dünyasının milli kimlik simvolu Ümmü Gülsüm kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,ArabAZ

    Ümmü Gülsüm təkcə sənətkar deyildi; Siyasi cəhətdən tükənmiş ərəb xalqlarının səsi idi. Heç bir ərəb müğənnisi Ümmü Gülsüm kimi şöhrət qazanmamışdı. (Bu gün onun ölüm günüdür)

    1910-cu illərdə atası ilə Nil sahillərində toylarda başlayan karyerası 1973-cü ilə qədər ərəb dünyasındakı dövlət başçılarından, hətta müharibələrdən çox ərəb ictimaiyyətinin gündəmini zəbt etdi.

    Onun 300-ə yaxın mahnısının hamısı şedevr sayılır və onun konsertləri müntəzəm olaraq bir çox ərəb ölkələrində radioda canlı yayımlanır.

    Ümmü Gülsümün səsini eşitmək Yaxın Şərqin demək olar ki, hər yerində gündəlik həyatın adi bir hissəsi idi.Demək olar ki, onun səsinin şöhrəti hətta fironları da keçə bilib.
    Çünki Ümmü Gülsüm cümə axşamı axşamları konsertlər verirdi və bu az qala dövlət ənənəsinə çevrilmişdi.

    Ərəb mədəniyyət kraliçası Gülsüm 1975-ci ildə vəfat edəndə onun dəfnində iştirak edən izdiham Misirin Milli Qəhrəmanı Camal Əbdünnasirin dəfnindəki izdihamdan iki dəfə çox idi .

    Son nəticədə Ümmü Gülsüm nəğmə deyildi, o, həm də misirlilik şüurunu bərqərar etmək və gücləndirmək üçün mübarizə aparan siyasi xadim idi.

    Klassik Misir mədəniyyətinə yeni forma və məna verməklə onu simvollaşdıran Gülsüm sadə bir kənd qızı kimi zirvələrə yüksəldiyi üçün milyonların qəlbində taxt qurmağı bacarıdı.

    Ümmü Gülsüm 4 may 1904-cü ildə kasıb bir ailədə anadan olmuşdur. Atası Şeyx İbrahim Qahirədə imam olan son dərəcə dindar bir insan idi.

    Dolanışığını təmin etmək üçün ətraf kəndlərə toylara gedir və dini qəsidə oxuyan atasının oxuduğu qəsidələrə qulaq asan Gülsüm özünü bu istiqamətdə inkişaf etdirməyə başladı.

    Bir müddət sonra Gülsüm evdə güclü səsi ilə qəsidə oxumağa başlayanda evin həyətinə toplaşan qonşular bu səsə məftun olub qəsidə oxumağa başladılar. Bundan sonra Gülsümün atası ona toylarda gedərək qəsidə oxuması üçün oğıan paltarı geyindirdi və onlar birlikdə qəsidə söyləməyə başladılar.

    Qısa müddətdən sonra atası onun səhnəyə başını örtüb çıxmasına və qardaşları ilə birlikdə ilahilər oxumasına icazə verdi.

    Gülsümün cəmi 7 yaşı olanda oxuduğu nəğmələrin şöhrəti dildən-ağıza yayılır və atası uzaq şəhərlərdən dəvət alır və qızı ilə birlikdə ilahilər və qəsidə oxumağa başlayır.

    Gülsümün 14 yaşı tamam olanda atası qızının spirtli içki qəbul etməməsi şərti ilə səhnəyə çıxmasına icazə verib.1920-ci illərdə Ümmü Gülsüm Misirin elit ailələrinin ev konsertlərinin axtarılan səsi idi.

    1919 İnqilabı və Misir

    Misir 1878-ci ildən İngiltərənin hegemonluğu altında olan bir Osmanlı vilayəti idi.

    Dünya Müharibəsi ilə İngilislər müstəqillik vədi ilə Misir ordusunu Osmanlılara qarşı silahlandırdılar.

    Osmanlı İmperatorluğunun Sinay və Fələstin əməliyyatlarında Misir ordusu ön sıralarda idi.

    Bu vəziyyət Belçika, Fransa, Yunanıstan və İtaliya cəbhələrinə yayıldı, təxminən 100 min misirli gənc bu cəbhələrə göndərildi, lakin onların böyük əksəriyyəti geri dönə bilmədi.

    1919-cu ildə Parisdə keçiriləcək sülh konfransı və ABŞ prezidenti Vilsonun dərc etdirdiyi prinsiplər Misir ziyalılarının həyəcanına səbəb olmuşdu.

    Bütün bu fəallıq və həyəcan Misir xalqını narazı etmişdi, lakin ingilislərdən hüquq tələb etmək üçün ciddi institusional müxalifət yox idi.

    Digər tərəfdən, Səd Zağlul rəsmi səlahiyyəti olmayan Britaniya Ali Komissiyasından Misirdə baş verənləri ingilis xalqına çatdırmaq və Paris Sülh Konfransında iştirak etmək üçün icazə istəyib və həbs edilərək Malta adasına sürgün edilib.

    Sonradan bir çox ziyalılar eyni aqibəti yaşadı və Maltaya sürgün edildi. Bu vəziyyət Misir xalqı üçün səbr kasasında son damla idi.

    Misirdə insanlar küçələrə axışdığı zaman Səd Zağrul Misir xalqının qeyri-rəsmi sözçüsü və müqavimət simvol oldu. Meydanlarda etirazların simvoluna çevrilən digər şəxs isə Sad Zağlulun həyat yoldaşı Safiyə Zağlul olub .

    Safiyə İngilis hegemoniyasına qarşı başlatılan müharibədə qadınların əhəmiyyətli bir kütləyə çevrilməsində mühüm rol oynadı.

    İnqilabın mühüm simalarından olan Hizbül Vətəni Partiyasının lideri Məhəmməd Fərid 1919-cu ildə baş verən qiyamı xatirələrində belə təsvir edir:

    “Bu vaxta qədər Belə bir hərəkət heç vaxt planda olmayıb. Misirlilərin göstərdiyi həmrəylik və ittifaq da heç kimin ağlına gəlməyən bir şey idi”.
    Belə bir mühitdə Ümmü Gülsümün səsi misirlilərə kimlik şüurunu verəcəkdi. Ölkədə yaşananlatın fonunda Gülsümün səsi milli kimlik mənasını daşımağa başladı.

    Demo

    1946-cı ildə ərəb musiqisi deyiləndə ağla gələn ilk ad Gülsüm oldu.

    Yenə də Camal Əbdülnasirin dövründə ərəblərin birləşdirilməsi idealının ən güclü alətlərindən biri Ümmü Gülsüm idi.

    Gülsüm Suriya küçələrindən Liviya səhralarına qədər Misirin və ərəb millətçiliyinin təcəssüm olunmuş simvoluna çevrilmişdi.

    1967-ci il faciəsindən sonra Gülsümün konsertləri yaraları sağaldan yeganə dərman oldu.

    Misir təkcə 1967-ci il fəlakətinin deyil, həm də 1962-ci ildən davam edən Yəmən vətəndaş müharibəsinin iştirakçılarından biri olub.

    4 fevral 1975-ci ildə Misir radiostansiyaları bütün gün fasiləsiz Qurani-Kərim tilavəti verdi, çünki Misirin səsi əbədi olaraq susdu.

    O, Nasirdən fərqli olaraq ərəbləri mədəni şəkildə birləşdirə bildi. Gülsüm Küveytdə, İraqda, Liviyada, Tunisdə… hər ərəb əyalətində siyasi olaraq heç vaxt gerçəkləşməyəcək bir xəyalın mədəni uğuru idi.

    Başqa sözlə, Ümmü Gülsüm sadəcə bir sənətkar deyildi; Siyasi cəhətdən tükənmiş ərəb xalqlarının tiryəki idi.

    #Kim-kimdir #Mahnılar kitabı #Ümmü Gülsüm #Ümmü Gülsüm kimdir? #Ərəb mahnıları #Ərəb mahnıları sözləri #Ərəb mədəniyyət kraliçası #1919 İnqilabı və Misir #Səd Zağlul
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    18 Avqust 2026 10:48

    Eşqdən inqilaba çevrilən nəğmə: "Ya Zareef al-Toul"

    14 Avqust 2026 16:06

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    İngilis işğalına etiraz edən o məşhur İraq nəğməsi

    30 İyul 2026 21:03

    Azərbaycanda ən çox dinlənilən ərəb mahnıları hansılardır?

    30 İyul 2026 20:51

    Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?

    29 İyul 2026 12:36

    Amr Diab – Tamally Maak mahnı sözləri və tərcüməsi

    27 İyul 2026 15:35

    Livan və Azərbaycanı birləşdirən mahnı

    26 İyul 2026 11:05

    Səsin imperiyası - Alim Qasımov və Yasin əl-Tuhami bənzərliyi

    18 İyul 2026 08:27

    Nəzakət Teymurova və Yasmin Əli sənətinin analizi

    16 İyul 2026 08:17

    Rəşid Taha və Ya Rayah – bu dəfə Azərbaycan dilində

    16 İyul 2026 08:13

    Dünyanı fəth edən ərəb operasının bariz ulduzları kimlərdir?

    7 İyul 2026 07:13
    XƏBƏR LENTİ

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.