Gündəm

Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.

Dünya hər il yanvar ayının ilk gününün ilk anlarında, gecəyarısı köhnə ilin başa çatmasını və yeni miladi ilin başlamasını qeyd edir. Bu, bütün dünyada ən geniş yayılan və tanınan bayramlardan biri olan Milad (Qriqorian) Yeni ili kimi tanınır. Lakin “Yeni il” anlayışı təkcə miladi təqvimlə məhdudlaşmır. Dünyanın müxtəlif xalqları və cəmiyyətləri özlərinə məxsus təqvimlərə əsaslanan yeni illərini qeyd edirlər. Hər birinin öz vaxtı, mərasimləri, inancları və simvolik mənaları vardır. Bu bayramların bəziləri qədim dini və mənəvi ənənələrə söykənir, digərləri isə əkinçilik dövrləri, astronomik hadisələr və ya təbiətin yenilənməsi ilə bağlıdır. Bütün bu müxtəliflik yeni başlanğıcların, ümidin və yenilənmənin bəşəri simvolu kimi çıxış edir və insan irsinin zənginliyini əks etdirir.

Fars körfəzi regionu neft ticarətinin dünya üzrə ən həssas nöqtələrindən biri kimi tanınır. Hazırda qlobal neft daşımalarının təxminən 30 faizi Hörmüz boğazından keçir. Boğazın hərbi risklərə, siyasi təhdidlərə və blokada təhlükəsinə açıq olması Körfəz ölkələrini alternativ marşrut axtarışına sövq edir. Bu kontekstdə Səudiyyə Ərəbistanında irəli sürülən genişmiqyaslı “Salman Kanalı” layihəsi regionun geoiqtisadi xəritəsini dəyişə biləcək təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad edilib.

İstanbulun Florya sahillərində Azərbaycan bayraqlı bir tanker və Türkiyə bayraqlı bir tanker üçün bilinməyən səbəbdən təcili yardım çağırışı gəlib. Hadisə yerinə Azərbaycan tankerinin təhlükəsizliyini təmin etmək məqsədilə xilasetmə briqadaları dərhal göndərilib. Əməliyyatların davam etdiyi bildirilib və xilasetmə işləri diqqətlə aparılır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.

Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan “Oyun Ovçuları” TRT Avaz telekanalında tamaşaçılara təqdim edilib. AzerVoice xəbər verir ki, layihə çərçivəsində 18 min vizual material və 60 min saniyəlik video məzmun hazırlanıb. Bu cizgi filmi süni intellekti sadəcə texniki vasitə kimi deyil, insan zəkası və yaradıcılığı ilə birlikdə işləyən bir yaradıcı tərəfdaş kimi təqdim edir.

NATO-nun baş katibi Mark Rutte Milad bayramı (Krismás) ərəfəsində Ukraynaya dəstəyin davam etdirilməsinə çağıraraq, eyni zamanda alyansa üzv Avropa ölkələri üçün təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib. AzerVoice xəbər verir ki, Rutte Almaniyanın DPA xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, Rusiya prezidenti Vladimir Putin-in NATO-ya üzv hər hansı bir ölkəyə hücum etməsinin qarşısını almaq üçün Ukraynanın güclü qalması təmin edilməli, eyni zamanda NATO-nun Haaqa sammitində qərara alındığı kimi müdafiə xərcləri artırılmalıdır.