Türkiyədə məktəb və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 81 vilayət valiliyinə yeni təlimat göndərilib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Mustafa Çiftçinin imzası ilə göndərilən sənəddə məktəblərdə qoruyucu və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin artırılması, erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və risk əsaslı nəzarət sisteminin tətbiqi nəzərdə tutulur.
#Məktəb təhlükəsizliyi
Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri genişləndirilərək həm fiziki, həm də rəqəmsal müstəvini əhatə edən yeni model tətbiq ediləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin keçirdiyi mətbuat konfransında məktəblərdə təhlükəsizliklə bağlı yeni qərarları açıqlayıb.
Türkiyədə məktəblərdə təhlükəsizlik sisteminin tam yenilənməsi ilə bağlı yeni model açıqlanıb. Daxili işlər naziri Mustafa Çiftçi son dövrlərdə məktəblərə qarşı baş verən hücumlardan sonra 7 pilləli təhlükəsizlik modelinin tətbiq ediləcəyini bildirib.
Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.
Türkiyənin Kahramanmaraş vilayətində baş verən məktəb hücumunda həyatını itirənlər son mənzilə yola salınıb. Onikişubat rayonunda yerləşən Ayser Çalık Ortaokulu məktəbində törədilən silahlı hücum nəticəsində ölən şagirdlərin cənazələri ailələrinə təhvil verilib.
İfadəsində ata oğlunun psixoloji problemlərinin olduğunu qeyd edərək bildirib ki, onu əvvəlcə polis strukturlarında çalışan psixoloqlara aparıb. Onların isə hər hansı ciddi problem görmədiklərini və uşağın “çox ağıllı” olduğunu dediklərini qeyd edib.
14 yaşlı şagird İsa Aras Mersinlinin Ayser Çalık Orta Məktəbinə silahlı basqını nəticəsində bir müəllim və səkkiz şagird həyatını itirib, 20 şagird isə yaralanıb. Təhlükəsizlik qüvvələrinin araşdırması zamanı yeniyetmə qatilin sosial şəbəkə hesablarında 2014-cü ildə ABŞ-da altı nəfəri qətlə yetirən Elliot Roceri özünə "kumir" seçdiyi və onun fotosunu profil şəkli etdiyi məlum olub.