İclasda Türkiyənin ev sahibliyi ilə iyulun 7–8-də Ankara şəhərində keçiriləcək NATO sammitinə hazırlıq məsələləri, Alyans daxilində birlik və əməkdaşlıq, müdafiə sənayesinin gücləndirilməsi, istehsal imkanlarının artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və müdafiə xərclərinin hərbi imkanlara çevrilməsi kimi mövzular geniş müzakirə olunacaq.
#Türkiyə
Türkiyənin Malatya şəhərinin Battalgazi rayonunda 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ 7,03 kilometr dərinlikdə meydana gəlib. Zəlzələ nəticəsində xəsarət və ya ciddi dağıntı barədə məlumat verilməyib.
Almaniyanın WELT qəzeti Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurları gündəmə gətirərək, Almaniya hökumətinin Türk istehsalı uzun mənzilli raket sistemlərinə marağını qeyd edib. ABŞ-ın Tomahawk raket planını dayandırmasından sonra Berlinin alternativ axtarışına yönəldiyini və Türkiyənin “Yıldırımhan” qitələrarası ballistik raket sistemi ilə “Tayfun Blok-4” hipersonik raketini qiymətləndirməyə başladığını yazıb.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Türkiyə həm İran, həm də Ukrayna münaqişələrinə təsir göstərə bilər. Onun sözlərinə görə, bu təsir yalnız coğrafi yaxınlıqla deyil, həm də Türkiyənin siyasi və iqtisadi gücü ilə əlaqədardır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranın ortaq məxrəc tapmasına heç bir maneə görmədiyini bildirib, Pakistan vasitəçiliyi və mövcud atəşkəsin qorunmasına dəstək verdiyini açıqlayıb.
Beşiktaş klubunda baş katib Sərdal Adalı ilə baş məşqçi Sərgən Yalçın arasında kritik görüş başa çatıb və Yalçın vəzifəsindən istefa edib. Qeyd olunur ki, Beşiktaş Süper Liqa mövsümünü 4-cü yerdə başa vurub, hədəf kimi müəyyən edilmiş Türkiyə Kuboku isə yarımfinal mərhələsində başa çatıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trendyol Süper Liqa 2025-2026 mövsümünün çempionu olan Qalatasaray Kulubunu qəbul edib. Qəbul zamanı Dursun Özbək Ərdoğana üzərində adı və “53” yazılmış Galatasaray formasını təqdim edib. Ziyarətdə həmçinin Gənclik və İdman Nazirliyi nümayəndələri və digər rəsmi şəxslər də iştirak ediblər
Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyəyə aid vasitələr, avadanlıq və iş maşınlarında istifadə olunmaq üçün 95 oktan benzin və dizel satın almaq məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 27 milyon litr dizel və 90 min litr 95 oktan benzin alınacaq.
Kanadanın Baş naziri Mark Karninin iyul ayında Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Türkiyəyə səfəri gözlənilir. Oktyabr səfəri zamanı iki ölkə arasında pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, müxtəlif müdafiə sənayesi əməkdaşlıq layihələrinin rəsmən başladılması planlaşdırılır.
Kipr Respublikasının rəhbəri Nikos Hristodulidis Yunanıstan parlamentində çıxışı zamanı Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib və Avropa qurumlarını hərəkətə keçməyə çağırıb.
Kanadanın 2019-cu ildə Ankaranın Suriyaya yönəlmiş hərbi əməliyyatları səbəbindən silah satışına qadağa qoyması, Türkiyənin "Baykar" və "TAI" kimi PUA istehsalçılarına ciddi təsir göstərmişdi. Hər iki şirkət Kanadanın "Wescam" firması tərəfindən istehsal olunan elektro-optik və qızılötəsi kameralardan istifadə edirdi. Lakin tətbiq edilən embarqo türk firmalarını yerli alternativlər axtarmağa məcbur etdi və hazırda Türkiyədə bu növ kameraları istehsal edən birdən çox yerli şirkət fəaliyyət göstərir.
Türkiyədə uzun müddətdir müzakirə olunan “terrorsuz Türkiyə” prosesi ilə bağlı yeni mərhələnin başladığı bildirilir. Məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının silah buraxması məsələsi ilə bağlı Kandildə təmaslara başlayıb.