#Çin

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMTTŞ) heyəti 14 ildən sonra ilk dəfə olaraq Suriyaya rəsmi səfər edib. Suriya Prezidenti Əhməd Əş-Şəraa, Təhlükəsizlik Şurasının üzvləri olan Çin, ABŞ, Rusiya, Böyük Britaniya və Fransanın da daxil olduğu 15 ölkənin nümayəndələrindən ibarət heyəti paytaxt Dəməşqdəki Xalq Sarayında qəbul edib. Təhlükəsizlik Şurasının heyəti 14 ildən sonra ilk dəfə kollektiv şəkildə Suriyaya səfər edərkən, Prezident Şəraaya səfər zamanı Xarici İşlər naziri Əsəd Həsən Şeybani və bəzi kabinet üzvləri də müşayiət edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransanın Prezidenti Emmanuel Makronla Vyanada keçirilən görüş zamanı Ukrayna münaqişəsi fonunda Pekinə qarşı irəli sürülən ittihamları əsassız adlandırıb və Çin diplomatiyasının əsas məqsədinin sülhün təmin edilməsi olduğunu bildirib.

Görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqi geniş müzakirə edilib. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələr bölüşülüb.

Çinin Honq Konq Xüsusi İnzibati Regionunun Tai Po bölgəsində 8 binadan ibarət yaşayış kompleksində baş verən yanğında həlak olanların sayının 94-ə yüksəldiyi bildirilib. Honq Konq Yanğınsöndürmə Xidmətinin məlumatına görə, yanğında indiyədək biri yanğınsöndürən olmaqla 94 nəfər həyatını itirib, 11-i yanğınsöndürən olmaqla 76 nəfər yaralanıb.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək buradakı uşaqlarla görüşüb. Tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.

2025-ci ilin yanvar- oktyabr aylarında Çindən Türk limanlarına 5 milyon 39 min 919 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar- oktyabr aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 994 min 683 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Çin, Tokionu Tayvanla bağlı “silahlı müdaxilə ilə hədələməkdə” ittiham edib və özünü müdafiə edəcəyini bildirib. Çinin BMT-dəki nümayəndəsi Fu Conq BMT Baş katibi Antonio Quterreşə göndərdiyi məktubda, Yaponiya Baş naziri Sanae Takaiçinin “Çinə hər hansı hücumun Tokio tərəfindən hərbi cavab doğura biləcəyinə” dair sözlərinin beynəlxalq hüququn və diplomatik normaların ciddi şəkildə pozulması olduğunu yazıb.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

2025-ci ilin oktyabrında Qəbələ artıq növbəti Türk Dövlətləri Təşkilatının (TDT) sammiti üçün sadəcə gözəl bir dekorasiya deyildi. Şərqi Avropada davam edən müharibə, ABŞ ilə Çin arasındakı rəqabət, sanksiya qarşıdurmaları və qlobal energetika sisteminin yenidən formalaşması fonunda bu kiçik Qafqaz şəhərində ilk dəfə yeni geosiyasi xəritə aydın şəkildə görünməyə başladı.