Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüş alyansın gələcəyi və regional təhlükəsizlik baxımından ən mühüm hadisələrdən biri hesab olunur. Görüşdə ikitərəfli münasibətlərdən tutmuş Ukrayna müharibəsi, İran məsələsi və müdafiə sənayesi əməkdaşlığına qədər bir sıra strateji mövzuların müzakirə ediləcəyi gözlənilir.
#Türkiyənin vasitəçiliyi
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Görüşdə ikitərəfli münasibətlər, Ukrayna-Rusiya sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Alyaska və Vaşinqtonda keçirilən sülh danışıqlarını yaxından izlədiklərini, Türkiyənin müharibəni ədalətli sülhlə bitirmək üçün səylərini davam etdirdiyini və Ukraynanın təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu bildirib. O, Ukrayna-Rusiya danışıqlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni edəcəyini qeyd edib. Ərdoğan həmçinin Zelenskini Ukraynanın müstəqillik günü münasibətilə təbrik edib.
NATO sammitində sülh, müdafiə və terrorla mübarizə ön planda olacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası”nda çıxış edib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyənin regional və beynəlxalq təhlükəsizlik sahəsində artan rolunu vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.