Cümə axşamı Tayland rəsmiləri bildiriblər ki, Qəzzadakı silahlılar tərəfindən İsrailə təhvil verilən qalıqlar 7 oktyabr 2023-cü ildə götürülən son Tayland girovuna aid olub. Tayland Xarici İşlər Nazirliyi İsrail hakimiyyətindən xəbər aldığını açıqlayıb. Bildirilib ki, çərşənbə günü geri qaytarılan girovun qalıqları Sudthisak Rinthalak-a aiddir. O, İsraildə kənd təsərrüfatı işçisi kimi çalışırdı.
#İsrail-HƏMAS atəşkəsi
HƏMAS İsrail ordusunun atəşkəs razılaşmasını pozmağa davam etdiyini və geri çəkildiyi ərazilərdə məcburi köçkün mülki şəxsləri hədəf aldığını açıqladı. HƏMAS-ın sözçüsü Hazem Qassem yazılı açıqlamasında bildirib ki, İsrail ordusu atəşkəs razılaşmasını pozur, geri çəkildiyi ərazilər kimi müəyyən edilən "Sarı Xətt"in xaricindəki sığınacaqları və məcburi köçkün düşərgələrini hədəf alır.
ABŞ administrasiyası Qəzza zolağında İsrailin nəzarətində olan bölgələrdə fələstinlilər üçün alternativ yaşayış məntəqələrinin inşası üzərində işləyir. Bu barədə məlumatı The Wall Street Journal ABŞ, İsrail və ərəb rəsmilərinə istinadən yayıb.
Livanın cənubunda yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 13 HƏMAS üzvü öldürülüb. İsrail Ordusunun bəyanatında hücumun “HƏMAS-ın təlim mərkəzinə” edildiyi iddia olunur. Bəyanata əsasən, zərbə Livandan İsrailə qarşı hücumlar üçün döyüşçülərin hazırlanması ilə məşğul olan şəxsləri hədəfləyib. Həlak olanlar arasında bu prosesdə iştirak etdiyi iddia edilən Cavad Sidavinin adı da qeyd edilir.
Qəzza zolağında fəaliyyət göstərən fələstinli səhiyyə qurumları 2023-cü ilin sonundan başlayaraq bölgədə ümumilikdə 6 min amputasiya əməliyyatının aparıldığını bildiriblər.
10 oktyabrdan qüvvədə olan və ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş Qəzza zolağındakı atəşkəsin davamlılığını təmin etmək ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner İsrail baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı Bakıda keçirilən rəsmi tədbirlər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
İsrailin müdafiə naziri İsrail Kats bu gün cümə günü bəyan edib ki, Qəzza zolağında HƏMAS-a məxsus bütün tunellərin “sonuncu tunelədək” tamamilə məhv edilməsi üçün orduya göstəriş verib. Kats sosial şəbəkə “X”dəki hesabında yazıb: “Əgər tunellər olmasa, HƏMAS da olmayacaq”. Bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.
“İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan yüksək rütbəli zabitlərlə keçirilən konfransda İsrailin böyük orduya ehtiyac duyduğunu bildirib. Netanyahu, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə çıxışında deyib. “Ehtiyat qüvvələri əsas və həyati əhəmiyyət daşıyan elementdir. Biz böyük, güclü və ağıllı orduya ehtiyac duyuruq.”-deyə o bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və ordunun məşhur generallarından biri olan Devid Petrayus Yaxın Şərqdə dəyişən siyasi mənzərə, Suriya ilə yeni münasibətlər və Qəzzada gələcək təhlükəsizlik modeli barədə geniş təhlil təqdim edir. Onun sözlərinə görə, Donald Trampın qeyri-ənənəvi, bəzən sərt görünən diplomatiyası müəyyən hallarda real nəticələr verib və bu siyasətin əsas məntiqi təzyiq ilə strateji praqmatizmi birləşdirməkdir.
İsrailin bu təhdidi, Qətərin Trump planını uğurla həyata keçirmək üçün HƏMAS-a təzyiq göstərdiyi bir vaxta təsadüf edir - yalnız ilkin mərhələnin uğurla başa çatdırılması deyil, həm də HƏMAS-ın silahsızlanması ilə bağlı açıq öhdəlik qəbul etməsinə nail olmaq üçün ciddi təzyiq edilir. Bu, ABŞ planı üçün həlledici məqamdır.