#Tərtər

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib. Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Azərbaycan Respublikası ərazisində ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqat aparıb.Kasetli silahlar probleminin miqyası və qurbanları barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb və çap etdirilib.

Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.