#ASAN xidmət

Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurlu təşkilinə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanın BMT ilə uzunmüddətli və uğurlu əməkdaşlığı, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri, həmçinin “ASAN xidmət” modelinin beynəlxalq mükafatlara layiq görülməsi və müxtəlif ölkələrdə tətbiqi müzakirə olunub. Amina Mohammed tədbir iştirakçılarının sayının çoxluğunu və Bakının tarixi irs ilə müasir şəhərsalma harmoniyasını yüksək qiymətləndirib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Baş nazir Pakistandakı ilk ASAN Xidmət mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirdi.

​14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. ​Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

27 avqust 2025-ci il tarixində Quba 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə Quba ASAN Xidmət Mərkəzində ASAN Könüllülərinin iştirakı ilə “Gələcəyin Dialoqu” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi gəncləri mediasiya prosesi ilə tanış etmək, mübahisələrin məhkəməyə qədər sülh yolu ilə həllinin əhəmiyyətini vurğulamaq və gənclərin dialoq mədəniyyətini təcrübə vasitəsilə mənimsəməsinə şərait yaratmaq idi.