#Aleksandr Novak

Rusiyanın bəzi regionlarında yanacaq çatışmazlığı davam edir. Baş nazirin müavini Aleksandr Novak ən çətin vəziyyətin Sibirin bəzi bölgələrində olduğunu bildirib. Hakimiyyət daxili bazarı sabitləşdirmək üçün bir sıra tədbirlər həyata keçirir. Benzin ixracına qoyulan qadağa ilin sonunadək uzadılacaq. Dizel yanacağının ixracına tətbiq olunan məhdudiyyət isə bazar bərpa olunduqca aradan qaldırılacaq. Novak ehtiyac yaranacağı halda Qazaxıstanın Rusiyaya əlavə neft məhsulları göndərə biləcəyini deyib. Qazaxıstan artıq iyul ayında Rusiyaya ilk benzin partiyasını ixrac edib.

Türkiyənin Ticarət naziri Ömər Bolat Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə ikitərəfli görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzusu iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar olub. Tərəflər ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud əməkdaşlığın davamlılığının gücləndirilməsi məsələlərində razılıq əldə ediblər.