#Buzlaqların əriməsi

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşünün planlaşdırıldığı Alyaskada buzlaq bəndinin aşması nəticəsində yaranan daşqın təhlükəsi səbəbindən sakinlərin təxliyəsinə çağırış edilib. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Alyaskanı paytaxtı Juneau şəhərində yerləşən Mendenhall buzlaqının bəndinin daşıb güclü daşqın riski yaratdığını açıqlayıb. Juneau Empire portalının məlumatına görə, yerli hakimiyyət orqanları şəhər sakinlərinə ərazini tərk etməyi tövsiyə edib.

AzerVoice xəbər verir ki, alimlər Antarktidanın mərkəzindən çıxarılan, 1,5 milyon il əvvələ aid ən qədim buz nüvəsini əritməyə hazırlaşırlar. Bu inqilabi tədqiqat planetimizin keçmiş iqlim dövrlərinə işıq salacaq və gələcək dəyişikliklər haqqında mühüm ipuçları verəcəkdir.