İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı başlatdığı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirib. Son 24 saat ərzində bölgədə 200-dən çox hədəfə intensiv hava zərbələri endirilib. İsrail hərbi komandanlığının yaydığı məlumata görə, bu hücumlar əsasən quru qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədilə həyata keçirilir. Hədəflər arasında raket qurğuları, silah anbarları və strateji infrastruktur obyektlərinin olduğu bildirilir.
#İsrail Livan münasibətləri
Livan Prezidenti Cozef Aun cümə günü verdiyi bəyanatda İsrail hərbi hava qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərində yerləşən hökumət binasına endirdiyi zərbə nəticəsində 13 dövlət təhlükəsizlik əməkdaşının həlak olduğunu açıqlayıb. Prezident bu hücumu kəskin pisləyərək, dövlət təsisatlarının hədəf alınmasının Livanı öz suverenliyini müdafiə etməkdən çəkindirməyəcəyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İsrailin 8 aprel hücumları nəticəsində Livanda 33 uşağın həlak olduğunu və 153-nün yaralandığını bildirdi. UNICEF-in rəsmi internet saytı və sosial media hesabı vasitəsilə edilən açıqlamalarda mövzu ilə bağlı ətraflı məlumat verilib. Açıqlamada Livandakı hücumlardan uşaqların ciddi şəkildə təsirləndiyi vurğulanaraq, "Uşaqlar dağıntılar altından çıxarılır. Ailələr parçalanır," ifadələri işlədilib.
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Livan Prezidenti Cozef Aun ilə telefon danışığı apararaq, İsrailin Livana endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Əmir Qətərin Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini bildirib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) məlumatına görə, tərəflər Livandakı son hərbi gərginliyin ölkə və regionun sabitliyinə təsirlərini müzakirə ediblər.
Livan Silahlı Qüvvələrinin rəhbəri Rudolf Heykel ölkənin cənubunda yerləşən hərbi birliklərə baş çəkərək, İsrailin artan hərbi təzyiqləri və regional sabitlik barədə mühüm bəyanatlar verib. Komandir və əsgərlərlə görüşən Heykel, Livan ordusunun bütün çətinliklərə baxmayaraq, ölkənin suverenliyini qorumaq üçün böyük fədakarlıq göstərdiyini vurğulayıb.
İranın adı açıqlanmayan yüksək rütbəli təhlükəsizlik rəsmisi, İsrailin Livana qarşı hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə, cümə günü Pakistanın paytaxtı İslamabadda ABŞ ilə planlaşdırılan birbaşa danışıqların baş tutmayacağını iddia edib. İran tərəfi İsrailin hərəkətlərini əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının birbaşa pozulması kimi qiymətləndirir.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli sosial media hesabından gündəmdəki mühüm hadisələri qiymətləndirib. Baxçalı regional və qlobal sülh üçün kritik bir mərhələdə ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
İranın rəsmi "Fars" xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar fonunda Hörmüz boğazında gərginlik pik həddə çatıb. Agentlik bildirir ki, yaranmış təhlükəsizlik riskləri səbəbindən neft tankerlərinin boğazdan keçişi tamamilə dayandırılıb.
Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkə daxilində həyata keçirdiyi intensiv hava hücumları nəticəsində ilkin məlumatlara görə onlarla insanın həyatını itirdiyini, yüzlərlə insanın isə yaralandığını açıqlayıb. İsrail hərbi hava qüvvələrinin Livanın bir çox bölgəsini eyni vaxtda hədəf aldığı bildirilir.
Livanın Baş naziri Nəvaf Salam ölkə boyu onlarla insanın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən şiddətli hava zərbələrindən sonra beynəlxalq birliyə müraciət edib. Baş nazir Livanın bütün dost ölkələrini İsrailin davam edən hücumlarına son qoymaq üçün hər cür vasitədən istifadə edərək kömək etməyə çağırıb.
İsrail ordusu çərşənbə akşmı günü İran tərəfindən dəstəklənən "Hizbullah"a qarşı döyüşdüyü Livanın cənubunda "müdafiə xətti" boyunca quru qoşunlarının yerləşdirilməsini tamamladığını açıqlayıb. Ordu əsgərlərinin Livan ərazisinin daxilinə doğru irəlilədiyi ən uzaq nöqtə barədə coğrafi təfərrüat verməyib. İsrail mediası ordunun bu mərhələdə qoşunları İsrail-Livan sərhədindən təxminən 20 kilometr (12 mil) şimaldan daha dərinə yeritmək niyyətində olmadığını bildirib.
Livan Səhiyyə Nazirliyinin yaydığı son rəsmi məlumata görə, İsrail ordusunun 2 martdan bəri ölkəyə təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 36 nəfər artaraq 1497-yə çatıb. Yaralıların ümumi sayının isə 4 min 639 nəfərə yüksəldiyi bildirilir. Hesabatda qeyd olunur ki, həyatını itirənlər arasında 130 uşaq və 101 qadın var. Xüsusilə narahatlıq doğuran məqam isə vəzifə başında həlak olan səhiyyə işçilərinin sayının 57-yə yüksəlməsidir. Bu, bölgədəki tibbi xidmətlərin göstərilməsində ciddi çətinliklər yaradır.