Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail ordusu Livanın cənubunda strateji müdafiə xətti qurduğunu açıqlayıb

    7 Aprel 2026 18:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusu Livanın cənubunda strateji müdafiə xətti qurduğunu açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İsrail ordusu çərşənbə akşmı günü İran tərəfindən dəstəklənən "Hizbullah"a qarşı döyüşdüyü Livanın cənubunda "müdafiə xətti" boyunca quru qoşunlarının yerləşdirilməsini tamamladığını açıqlayıb.

    VOA xəbər verir ki, ordu əsgərlərinin Livan ərazisinin daxilinə doğru irəlilədiyi ən uzaq nöqtə barədə coğrafi təfərrüat verməyib. İsrail mediası ordunun bu mərhələdə qoşunları İsrail-Livan sərhədindən təxminən 20 kilometr (12 mil) şimaldan daha dərinə yeritmək niyyətində olmadığını bildirib.

    Hərbi bəyanatda deyilir: "Bu mərhələdə əsgərlər tank əleyhinə raket müdafiə xətti boyunca yerləşmələrini tamamlayıblar və ön müdafiə mövqelərini gücləndirmək, İsrailin şimalındakı sakinlər və icmalar üçün təhdidləri aradan qaldırmaq məqsədilə ərazidə əməliyyatları davam etdirirlər".

    Müdafiə naziri İsrail Katz son həftələrdə bir neçə dəfə bəyan edib ki, İsrail şimal icmalarına raket, dron və ya mərmi hücumlarının qarşısını almaq üçün Livanın cənubunda, sərhəddən 30 kilometrə qədər uzaqlıqda axan Litani çayına qədər uzanan bir "təhlükəsizlik zonası" yaratmaq niyyətindədir. "Yediot Aharonot" qəzeti ordunun hökumətə "Livanın ilk sıra kəndlərini tank əleyhinə xəttə qədər dərin təhlükəsizlik zonası kimi nəzarətdə saxlamaq üçün əməliyyat planı" təqdim edəcəyini yazıb. "Haaretz" qəzeti isə hərbi mənbələrə istinadən bildirib ki, ordu Livanın cənubundakı qüvvələrini artırmağa hazırlaşır, lakin hazırda ölkənin daha dərinliklərinə doğru irəliləmək planı yoxdur.

    #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Livan İsrail gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

    15 Avqust 2026 18:41

    İsrail qüvvələri Livanın cənubunda irəliləyib

    8 Avqust 2026 18:05

    İsrail Livanın cənubunda infrastrukturu niyə dağıdır?

    4 Avqust 2026 10:42

    İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

    26 İyul 2026 15:56

    İsrailin artilleriya zərbəsi Livanın cənubundakı kəndi hədəfə alıb

    13 İyul 2026 20:19

    Livan prezidenti yeni atəşkəs sazişini ölkə üçün son şans adlandırdı

    4 İyun 2026 15:05

    Netanyahu ordusuna Livandakı əməliyyatları genişləndirmək göstərişi verib

    31 May 2026 16:59

    İsrail Livanın cənubundakı səhiyyə mərkəzini bombaladı

    29 May 2026 11:50

    Livan ordusundan açıqlama: İsrail vətəndaşları sərhədi keçib

    23 May 2026 18:15

    Hizbullah İsrail hərbi texnikasına zərbə endirdiyini açıqlayıb

    22 May 2026 20:01

    “Hizbullah”ın PUA hücumu nəticəsində üç İsrailli hərbçi yaralanıb

    9 May 2026 22:22
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.