İsrail ordusu Livan hökumətinin Hizbullahın tərksilah edilməsi prosesində irəliləyiş olduğunu elan etməsinə baxmayaraq bazar ertəsi ölkənin cənubuna silsilə hava zərbələri endirib. İsrail hərbçiləri bir müddət əvvəl Livanın cənubundakı bir neçə bölgədə Hizbullah tərəfindən terrorçuların təlimi üçün istifadə edilən infrastrukturun hədəf alındığını bildirib. Rəsmi bəyanatda bu nöqtələrin İsrail qüvvələrinə və mülki şəxslərə hücum hazırlamaq məqsədilə istifadə edildiyi qeyd olunub. Livanın Milli İnformasiya Agentliyi isə İsrailin ən azı beş kəndi — Ansar, Zərariyə, Kfar Melki, Nahr əl-Şita və Buslayan itop və hava atəşinə tutduğunu xəbər verib.
#Livan iqtisadiyyatı və islahatlar
Livan Səhiyyə Nazirliyi İsrailin 27 noyabr 2024-cü ildə yürürlüğə girən atəşkəs müqaviləsini pozaraq həyata keçirdiyi hücumlarda 335 nəfərin öldüyünü, 973 nəfərin isə yaralandığını açıqlayıb. İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) ölkənin cənubunda Mansuri, Mecdel Zun və Zıbkin bölgələrinin üzərində aşağı irtifada uçuşlar həyata keçirib. Həmçinin bir PUA gecə saatlarında Hola qəsəbəsində bir evin üzərinə bomba atıb; hadisədə ölən və yaralanan olmasa da, maddi ziyan meydana gəlib.
Hizbullah rəhbərlərindən Mahmud Qamati xəbərdarlıq edib ki, partiyanın silahlandırılmasına son qoyulması Livanı təhlükə altına qoyacaq. ABŞ-ın Livanla bağlı təzyiqləri fonunda bu bəyanat mübahisələr doğurub.
Hizbullah, ABŞ-ın Livana dəstək təklif etdiyi təşəbbüsün şərtlərini rədd edərək, "Silahımızı təslim etməyəcəyik"-deyə bəyanat verdi.
Suriyalıların Livan banklarında dondurulmuş əmanətləri, sərhədin müəyyənləşdirilməsi məsələsi, Livandan Suriyaya yönəlik təhrikedici ritorika və digər çətinliklər hələ də həllini tapmayıb.
Hizbullah isə yalnız Litani çayının cənubunda yerləşən mövqelərindən çəkilməyi qəbul etsə də, digər ərazilərdəki silahlarına toxunulmasını istəmir.