#kimyəvi maddə

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 2 milyard 622 milyon 691 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 31 milyard 639 milyon 163 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Türkiyə 2025-cü ilin iyul ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artaraq, 26 milyon 280 min 16 dollara çatdırıb. Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq, 141 milyon 826 min 77 dollara bərabər olub.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.