İslamın ilk xəlifəsi və mömünlərin əmiri Əbu Bəkr Fil hadisəsindən təxminən üç il sonra Məkkədə doğulmuşdur. Anası Ümmül-Xeyr Səlma bint Səxr, Məkkə dövründə Hz. Peyğəmbərin Ərkam b. Əbül-Ərkamın evində (Darül-Ərkam) olduğu sırada İslamı qəbul etmişdir. Atası Əbu Quhafə isə Məkkənin fəthindən (hicrətin 8-ci ili / miladi 630) dərhal sonra oğlu Əbu Bəkrin vasitəçiliyi ilə müsəlman olmuşdur. Anasının və atasının mənsub olduğu Teym qəbiləsinin soyu Mürrə b. Kəbdə Hz. Peyğəmbərin nəsəbi ilə birləşir.
#Səhabə
İslamın nuru Mədinədə yayılmağa başladıqca, Peyğəmbərimiz (s.ə.s) nazil olan ayələri insanlara çatdırır və xüsusilə "Əhli-Kitabı" (yəhudi və xristianları) bu uca dinə dəvət edirdi. Qurani-Kərimdə Allaha səmimiyyətlə bağlanan və Onun ayələrini dünya mənfəətinə satmayan kitab əhli müjdələnirdi. Bu müjdəyə nail olanların başında isə yəhudi alimi Abdullah bin Səlam gəlirdi.
Səhabələrin dəqiq sayı haqqında qəti bir rəqəm söyləmək tarixən mümkün olmamışdır. Bunun əsas səbəbi İslamın geniş bir coğrafiyaya sürətlə yayılması və səhabələrin müxtəlif bölgələrə dağılmasıdır. Lakin öndə gələn hədis alimlərinin bu barədə mühüm təxminləri mövcuddur.
İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.
Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuşdur. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuk döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir.
Mədinə dövründə Bilal Həbəşi ilə birlikdə Peyğəmbərin müəzzini olmuşdur. Bilal sübh azanını erkən, İbn Ümmü Məktum isə fəcr doğduqdan sonra oxuyardı. Qüsuru səbəbilə ona it saxlamağa icazə verilmişdir.
Alimlər səhabələrin tərcümeyi-halını, onların Hz. Məhəmməd (s.ə.s) ilə olan münasibətlərini və İslam uğrundakı xidmətlərini qeydə almağa xüsusi əhəmiyyət vermişlər.