#Dünya İqtisadi Forumu

ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlayıb. ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın verdiyi məlumata əsasən, Epşteyn işi üzrə əlavə sənədlərin dərc edilməsi şəffaflığın təmin olunması məqsədi daşıyır. Yeni açıqlanan materiallar arasında müxtəlif elektron yazışmalar, qeydlər və əlaqə məlumatları yer alır.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində əməkdaşlıq gündəliyi müzakirə edilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davosda Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri Yörgen Sandströmla görüşüb.

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq baş tutub. Qeyri-rəsmi dialoq Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi zamanı baş tutub. Qeyd edək ki, Sülh Şurasının bəyan edilmiş məqsədi “sabitliyə töhfə vermək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək”, ilk növbədə isə 2023–2025-ci illər müharibəsindən sonra Qəzza sektorunda bu məqsədlərə nail olmaqdır.

ABŞ iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ilin aprel ayında proqnozlaşdırdığından iki dəfə sürətli böyüyəcək. ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında deyib. "Cəmi bir ildən bir az çox əvvəl, radikal solçu Demokratların dövründə biz ölü bir ölkə idik. İndi ABŞ iqtisadiyyatı BVF-nin ötən aprel ayında proqnozlaşdırdığından ikiqat sürətlə böyüyür. Və mənim böyümə siyasətlərim və tariflərimlə daha da sürətlə böyüməlidir. Həqiqətən inanıram ki, daha yaxşı işlər görə bilərik. Bu, bütün ölkələr üçün əla xəbərdir. ABŞ planetin iqtisadi mühərrikidir və Amerika çiçəklənəndə bütün dünya çiçəklənir. Tarix bunu göstərir. Və indi biz əvvəllər heç vaxt çatmadığımız bir səviyyədəyik. Heç vaxt düşünməmişdim ki, bunu bu qədər sürətlə edə bilərik", - deyə Tramp bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb. Söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparıldı.

İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib