#Qara Dəniz Ticarət və İnkişaf Bankı

İqtisadiyyat Nazirliyində Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə keçirilmiş görüşdə Bankla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə səmərəli əməkdaşlığının iqtisadi inkişafda rolu vurğulanıb. Qeyd olunub ki, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Bankın Azərbaycanın özəl bankları ilə tərəfdaşlığı sahibkarlığın dəstəklənməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.