#Azərbaycanda Müstəqilliyin Bərpası Günü

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Türkiyə Prezidenti "X" hesabında paylaşım edib. "Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18 oktyabr Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu gündə mən hörmətli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram", - deyə paylaşımda bildirilib.