#Avropada müsəlman siyasi partiyaları Denk PEJ UDMF

Qərb dünyasında demoqrafik, mədəni və siyasi dinamika sürətlə dəyişir. Müsəlmanların Avropa və ABŞ-nin siyasi mənzərəsində artan təmsilçiliyi bunun ən bariz göstəricisidir. Almaniyanın Mühafizəkar Xristian Demokrat İttifaqı Partiyasının (CDU) parlament fraksiyasının rəhbəri Ralf Brinkhausun 2030-cu ildə bir müsəlmanın partiyaya və kansler postuna rəhbərlik edə biləcəyini istisna etməməsi, yaxud İspaniya Baş nazirinin müavini Yolanda Diasın "Çaydan dənizə qədər Fələstin azad olacaq" şüarını səsləndirməsi Qərb cəmiyyətindəki bu dərin tektonik silkələnmənin rəmzidir.