#Zəfər parkı

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 23-də Bakıda Zəfər parkını ziyarət edib. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib

27 Sentyabr - Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər parkında olub. Zəfər abidəsinin önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər heyəti Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət etmiş, Zəfər abidəsi önünə gül dəstələri qoymuşlar. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.