#Bədr Əbdül Ati

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bazar ertəsi günü misirli və qırğızıstanlı həmkarları ilə regional prosesləri müzakirə edib. Səudiyyə Press Agentliyinin (SPA) məlumatına görə, nazir Bədr Abdelatti ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizliyin, habelə sabitliyin gücləndirilməsi yollarını nəzərdən keçirib.

Misirin Xarici İşlər naziri Bədr Əbdülattı Çərşənbə günü Somalinin birliyi, suverenliyi və ərazi bütövlüyünün Misir tərəfindən tam dəstəkləndiyini vurğulayıb. O, bu prinsipləri Afrika Buynuzu və Qırmızı dəniz regionunun sabitliyinin əsas sütunu kimi qiymətləndirib. Əbdülattı hər hansı bir birtərəfli tədbirləri, paralel qurumlar yaratmaq cəhdlərini və beynəlxalq hüquq çərçivəsi xaricində yeni siyasi reallıqların formalaşdırılmasını Misirin rədd etdiyini qeyd edib.

Misirin xarici işlər naziri Bədr Əbdüləti sabah Türkiyəyə səfər edəcək. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və sabah Türkiyəyə səfər edəcək Misir Xarici İşlər Naziri Əbdülati həmsədrlik edəcəkləri Türkiyə–Misir Ümumi Planlaşdırma Qrupu (OPG) Birinci Toplantısı təşkil olunacaq. Müvafiq qurumlardan məsul şəxslərin də iştirak edəcəyi toplantıda 2026-cı ildə iki ölkə prezidentlərinin həmsədrliklərində Qahirədə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSŞ) İkinci Toplantısı üçün hazırlıqlar müzakirə olunacaq.

Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.

Misir fələstinliləri öz ərazisində qəbul etmək niyyətində olmadığını bəyan edib. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati açıqlama verib. “Fələstinlilərin köçürülməsi variant deyil. Bu, Misir üçün qırmızı xətdir və biz buna imkan verməyəcəyik” – deyə, nazir bildirib. Onun sözlərinə görə, “köçürülmə Fələstin məsələsinin ləğvi və sonu deməkdir. İnsanların öz vətənlərindən çıxarılmasına heç bir hüquqi, mənəvi və ya etik əsas yoxdur.”

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Fransa, Misir, Almaniya və Türkiyənin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Feysəl bin Fərhan fransalı həmkarı Jan Noel Barro, misirli həmkarı Bədr Əbdül-Ati, almaniyalı həmkarı Yohan Vadeful, türkiyəli həmkarı Hakan Fidan və avropalı nümayəndə Kaya Kallasla ayrı-ayrılıqda telefon danışıqları aparıb.