#Xarici İşlər Nazirliyi

Minalar Azərbaycanda hələ də insan həyatına son qoymaqda davam edir. 2020-ci il müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. "Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha açıq şəkildə göstərir. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var", - deyə paylaşımda qeyd olunub.

Antalyada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq. Məlumata əsasən, bu il forum “Gələcəyin formalaşdırılmasında qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr olunub.