#Formula 2

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb. Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək. Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin çərçivəsində Formula 2 üzrə sprint yarışı başa çatıb. “Hitech TGR” komandasının isveçli pilotu Dino Beqanoviç ən yaxşı nəticəni göstərib. Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS Lucas Oil”dən britaniyalı Cek Krauford birinci olub.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində azarkeşlərin ən çox səbirsizliklə gözlədiyi tədbirlərdən biri – Fan Forum bu gün Dənizkənarı Bulvarın möhtəşəm atmosferində baş tutdu. Pilotların səhnəyə çıxışı gur alqışlarla qarşılandı, fanatlar isə onlara suallar ünvanladı, avtoqraflar topladı və xatirə şəkilləri ilə yarış həftəsinin həyəcanını əbədiləşdirdi.

Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 2 üzrə sprint yarışı start götürüb. Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS”dən britaniyalı Cek Krauford birinci olub. Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüş start götürüb. Üçüncü sərbəst yürüşdən sonra sıralanma turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək. Xatırladaq ki, ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub. Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

"Formula-2" kateqoriyasında sıralama turu başladı. Turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq. Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb. "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib. Onun komanda yoldaşı Oskar Piastri ikinci, İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək."Ferrari"dən Şarl Lekler üçüncü olub.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.Yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst Yürüş keçiriləcək. yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək. Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq. Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.