#cadu

"Kitab əl-Bülhan" (və ya "Möcüzələr kitabı") XIV əsrə aid olan, Əbdülhəsən əl-İsfahani kimi tanınan bir şəxs tərəfindən tərtib edilmiş və ehtimal ki, həm də miniatürləri çəkilmiş ərəbdilli bir əlyazmadır. Müəllif haqqında çox məlumat olmasa da, onun bu mürəkkəb əlyazması həmin dövrlərdə İraqda, eləcə də Yaxın Şərq və Şimali Afrikanın digər bölgələrində hakim olan astroloji və qaranlıq bilikləri anlamaq baxımından klassik bir əsər hesab edilir. Bu kodeks, çox güman ki, Cəlalilər sultanı Əhmədin hakimiyyəti dövründə (1382–1410) Bağdadda cildlənib. Kitabın nəşr edildiyi dövr Avropada cadugərlik və ovsunçuluğun yayıldığı, əlkimyaçıların sayının artdığı və metafizikanın inkişaf etdiyi bir mərhələ ilə eyni vaxta təsadüf edirdi.