İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatlar keçirdiyini açıqlayıb. Ordu Qəbatiyyədə silah istehsalı üçün istifadə edildiyi iddia olunan avadanlıqları məhv etdiyini bildirib. Nablusda isə Fələstin İslami Cihad Hərəkatı ilə əlaqəli olduğu iddia edilən bir nəfərin saxlanıldığı qeyd olunub. İsrail əməliyyatların davam edəcəyini açıqlayıb. Fələstin tərəfi məsələ ilə bağlı hələlik münasibət bildirməyib.