#Ukrayna

Ukrayna ABŞ-a yeni sülh planının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır. Volodimir Zelenski isə bir daha vurğulayıb ki, Kiyev Rusiya ilə danışıqlarda ərazi güzəştlərinə getməyəcək və ölkənin mövcud sərhədlərinin dəyişdirilməsi “nə hüquqi, nə də mənəvi baxımdan mümkün deyil. Zelenski Avropa və NATO liderləri ilə görüşləri zamanı ABŞ-dan gələn təkliflərə dair mövqeyini sərtləşdirib və Vaşinqtona yeni alternativ plan göndəriləcəyini açıqlayıb. Bu, ABŞ və Ukrayna nümayəndə heyətlərinin son günlərdə apardığı intensiv danışıqların nəticəsiz qalmasının ardından gündəmə gəlib.

Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edərək paytaxt Yeni Dehlidə Baş nazir Narendra Modi ilə görüşüb. Putin səfər çərçivəsində Mahatma Gandhi abidəsini ziyarət edib və qonaq kitabını imzalayıb. Yeni Dehlidəki Prezident Sarayında rəsmi mərasimlə qarşılanan Putin, daha sonra Haydarabad Sarayında Modiylə ikitərəfli görüş keçirib. Görüşdə Modi Ukrayna böhranı və strateji əməkdaşlıq mövzularını müzakirə edib, sülhün təmin olunmasını dəstəklədiklərini vurğulayıb.

Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. "Kanada, NATO-nun Önəmli Ukrayna Ehtiyacları Siyahısı (PURL) çərçivəsində ABŞ-dan tədarük ediləcək kritik hərbi imkanları əhatə edən paketini alacaq. Kanadanın bu pakətə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon dollar) olacaq."- deyə açıqlamada bildirilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransanın Prezidenti Emmanuel Makronla Vyanada keçirilən görüş zamanı Ukrayna münaqişəsi fonunda Pekinə qarşı irəli sürülən ittihamları əsassız adlandırıb və Çin diplomatiyasının əsas məqsədinin sülhün təmin edilməsi olduğunu bildirib.