#Könül Xasıyeva

Şərq musiqisində səs sadəcə texniki diapazon və ya not dəqiqliyi ilə ölçülmür. Şərq dinləyicisi üçün ən mühüm meyar səsdəki “şəcən” - yəni dinləyicinin daxilini göynədən, səs tellərinin titrəyişindən qopan kədər və səmimiyyətdir. Azərbaycan muğam sənətində özünəməxsus zildəki boğaz vurğuları, yanğılı fəryadı və səsinin kədərli “qırılmaları” ilə seçilən Könül Xasıyevanın ərəb musiqi dünyasındakı vokal və estetik qarşılığı Fədvə Əl-Malikidir.