ABŞ ordusu İranın İordaniyadakı Əl-Əzraq aviabazasına hücum nəticəsində F-35 təyyarələrinin məhv edildiyi barədə iddiaları təkzib edib. CENTCOM heç bir ABŞ təyyarəsinin zədələnmədiyini açıqlayıb. Bildirilib ki, İranın bütün raket və pilotsuz aparatları zərərsizləşdirilib və ya hədəflərinə çatmayıb. ABŞ ordusu "M/T Nora" tankerinin İran limanlarına tətbiq olunan blokadanı yardığı barədə məlumatı da yalan adlandırıb. CENTCOM bölgədə 20-dən çox hərbi gəmi, yüzlərlə təyyarə və minlərlə hərbçinin xidmət apardığını bildirib. Açıqlamada blokadanın tam şəkildə icra olunduğu vurğulanıb. ABŞ tərəfi İranın irəli sürdüyü iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.