#Pickaxe dağı

Donald Tramp İranla bağlı yeni açıqlamalar verib. O, İranla aparılan danışıqların müsbət keçdiyini bildirib. Tramp razılaşma əldə olunmasa, Pickaxe dağı və digər hədəflərin vurula biləcəyini söyləyib. ABŞ Prezidenti hazırda Vaşinqtonun Tehran qarşısında güclü mövqedə olduğunu qeyd edib. Bununla yanaşı, elektrik stansiyaları və körpülər kimi mülki infrastruktur obyektlərinə zərbə endirmək istəmədiyini vurğulayıb. İran tərəfi bu açıqlamalara hələlik cavab verməyib. Danışıqların gələcək taleyi qeyri-müəyyən olaraq qalır.