#Torpaqların konsolidasiyası

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə torpaqların konsolidasiyası və aqrar sahədə əməkdaşlıq əsas müzakirə mövzusu olub. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək pilot layihələr barədə fikir mübadiləsi aparılıb. Qəbələ və Salyan rayonlarında planlaşdırılan layihələrin gedişi və ilkin qiymətləndirmələrin nəticələri nəzərdən keçirilib. Tərəflər hüquqi, texniki və institusional məsələləri də müzakirə ediblər. Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin əhəmiyyəti vurğulanıb. Görüşdə gələcək əməkdaşlığın genişləndirilməsi barədə razılıq ifadə olunub.