#Torpaq konsolidasiyası

Azərbaycanda torpaqların konsolidasiyası üzrə ilk pilot layihələr həyata keçiriləcək. Dünya Bankının dəstəyi ilə layihələr Qəbələ və Salyan rayonlarını əhatə edəcək. Bu məqsədlə Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı layihələrin icra ediləcəyi ərazilərdə baxış keçirilib və suvarma infrastrukturu qiymətləndirilib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb. Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi hazırlanıb. Layihənin aqrar sahədə Azərbaycan–Türkiyə əməkdaşlığını daha da gücləndirəcəyi gözlənilir.