#Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), terrorçu İsrailin Qətərdə Həmasın danışıqlar heyətini hədəfə aldığı hücuma dair açıqlama verib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. “İsrail, Qətərə qarşı həyata keçirdiyi alçaq hücumla bölgədə hüquq tanımayan, beynəlxalq normaları ayaqlar altına alan hücumlarına bir yenisini əlavə etmişdir. Bu hücum qarşısında bütün imkanlarımızla Qətərin yanında olduğumuzu bir daha vurğulayırıq.”- deyə Aktürk qeyd edib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə–Pakistan Qarışıq Hökumətlərarası Komissiyasının (KEK) 16-cı iclasında iştirak etmək üçün rəsmi səfərlə Pakistana gedib. Görüşdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrinin (SDQ,PKK-nın Suriya qolu) mövqelərinə dair yeni bəyanat yayıb. Rəsmi açıqlamada vurğulanıb ki, SDQ silahsızlanma və Suriya dövlətinə inteqrasiya ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Nazirliyin sözlərinə görə, bu hal həm Suriyanın siyasi birliyi və ərazi bütövlüyünü, həm də Türkiyənin milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir. “SDQ terror təşkilatı Suriya ordusuna inteqrasiya prosesinə əməl etməli, Suriyanın siyasi birliyi və torpaq bütövlüyünə zərər verə biləcək bütün fəaliyyət və açıqlamalardan imtina etməlidir”-deyə MSB-nin bəyanatında xüsusi olaraq qeyd olunub.

Türkiyə, Suriya hökumətinin öz birliyi və bütövlüyünü qorumaq üçün atacağı hər cür tədbirə dəstək verəcək. Bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü tuğamiral Zəki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən bildirib. Nazirlik mənbələri Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri bildirir ki, 10 mart 2025-ci il tarixində Suriya hökuməti ilə SDG terror təşkilatı arasında əldə olunan razılaşmaya əsasən, il sonuna qədər terror təşkilatının Suriya ordusuna inteqrasiyası təmin edilməlidir. SDG-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı sahədəki inkişafları yaxından izləyirik.