Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub.
#xarici ticarət dövriyyəsi
Son 22 ildə Türk dövlətlərinin qarşılıqlı xarici ticarət dövriyyəsi 6 dəfə artaraq 70,3 milyard dollara, dünya ticarətindəki payları isə 70 faiz artaraq 2,42 faizə yüksəlib. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu, Ankarada keçirilən "Türk Dünyası ilə Əlaqəli Qurum və Qurumlarla Məşvərət Toplantısı"na rəhbərlik edib. Toplantıda, Türk Dünyası ilə birbaşa əlaqəli olan və bu sahədə fəaliyyət göstərən dövlət qurumları və təşkilatlar iştirak edib. Zorlu çıxışında, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişləri ilə “Türk Dünyası Əsri” hədəfinə doğru yeni və güclü bir başlanğıc edildiyini bildirib.
2025-ci ilin iyun ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artaraq 9 milyard 357 milyon 392 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 8 faiz artaraq, 57 milyard 654 milyon 739 min dollar olub.
2025-ci ilin iyun ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 316 milyon 913 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,9 faiz artaraq, 19 milyard 775 milyon 106 min dollar olub.
2025-ci ilin iyun ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,1 faiz azalaraq 800 milyon 797 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,2 faiz artaraq, 5 milyard 93 milyon 718 min dollar olub.
2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə ilə Gürcüstan arasında illik ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması üçün qətiyyətlə çalışırlar.
Bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 203 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyun ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,9 faiz artaraq 20 milyard 515 milyon dollar, idxalı isə 15,2 faiz artaraq 28 milyon 688 min dollar olub.Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyun ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131 milyard 408 milyon dollara, idxalı isə 7,2 faiz artaraq 180 milyard 845 milyon dollar olub.
2025-ci ilin may ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,7 faiz azalaraq 939 milyon 826 min dollar olub.
2025-ci ilin may ayında Türkiyənin D - 8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 24,6 faiz azalaraq 864 milyon 619 min dollar olub.
2025-ci ilin may ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,2 faiz azalaraq 6 milyard 344 milyon 671 min dollar olub.
Bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 279 milyon dollar olub.