Yeni qatlanan Samsung Galaxy Z Fold8 smartfonu 4:3 tərəf nisbətli displey əldə edib. Bunun nə üçün belə vacib olduğunu və yeniliyin daha hansı xüsusiyyətlər təklif etdiyini danışırıq. Koreyanın Samsung şirkəti nəhayət ki, özünün yeni qatlanan Galaxy Z Fold8, Z Fold8 Ultra və Z Flip8 smartfonlarını təqdim etdi. Özü də anons edilən qadcetlər arasında ən maraqlısı heç də "ultimativ" Fold8 Ultra deyil, sadəcə Galaxy Z Fold8 adını daşıyan smartfon oldu.