#nüvə silahlarının yayılmasının qarşısının alınması

ABŞ və Səudiyyə Ərəbistanı dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Saziş iki ölkə arasında enerji və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın digər dövlətlərlə nüvə əməkdaşlığı həyata keçirməsi üçün tələb olunan "123 sazişi" çərçivəsində sənədi Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman və ABŞ-ın energetika naziri Kris Rayt imzalayıblar. Eyni zamanda tərəflər arasında ikitərəfli nüvə təminatları haqqında saziş də rəsmiləşdirilib.