2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Pakistan kapitallı 89 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Pakistan kapitallı şirkətlərin ümumi kapitalı 121 milyon 875 min 25 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 49 milyon 450 min türk lirəsi olub.